Yaponiyanı güclü zəlzələ gözləyir

Yaponiyalı seysmoloqlar güclü zəlzələnin baş vermə ehtimalının artmaqda olması ilə bağlı qorxunc qənaətə gəliblər. Təbii fəalkət Yaponiyanın əhalinin ən sıx yaşadığı mərkəzi Kanto rayonunu dağıda bilər. Avtosfer.az bunu trend tass agentliyinə istinadən xəbər verir. Alimlərin məlumatına görə, mümkün dağıdıcı fəlakət ehtimalı hazırda 78 faiz səviyyəsinə çatıb. Yaxın üç onilliyin təbiət hadisəsinin ölkənin ən böyük liman şəhəri olan İokoqamaya zərbə vuracağı ehtimalı yüksəkdir. Eləcə də həmin vaxt zəlzələnin Yaponiya yaxınlığındakı Nankay tektonik sınığında 8-dən yuxarı maqnitudada olacağı təhlükəsi son dərəcə yüksək olaraq qalır. Ekspertlərin məlumatına görə, təbii fəlakətin ölkəyə vuracağı zərər 220 trilyon yen (1,8 trilyon ABŞ dolları) həcmində ola bilər. Hökumət komissiyasının rəyinə görə, 900 kilometrlik Nankay sınığında baş verəcək güclü zəlzələ nəticəsində ölkənin Sakit okean sahillərində 20 metrdən artıq hündürlükdə sunami yarana bilər. Qeyd olunur ki, 2011-ci ildə baş vermiş faciəli hadisələrdən sonra yapon seysmoloqlar xüsusi səylə yeni araşdırmalar apararaq təbiətin növbəti zərbəsinin vaxtını və yerini daha dəqiq müəyyən etməyə çalışırlar. Lakin hər dəfə həmin araşdırmaların nəticələri yaxın otuz ildə Yaponiyanın güclü zəlzələ ilə üzləşəcəyi ehtimalı barədə kədərli proqnozlar gətirir. Ona görə də ölkə hakimiyyəti yerli əhalinin xüsusilə yeraltı təkanlardan sonra dağıdıcı sunaminin yarandığı sahilyanı zonalardan təcili köçürülməsi marşrutları və planlarına böyük diqqət ayırır.
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?










