Yaponiyanın yeni səfirinə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib

Oktyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Komitə sədri qonağı yeni təyinatı münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğur arzu edib.
Səfirə məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Dövlət qayğısı nəticəsində bu günədək məcburi köçkünlər üçün 100-dən çox yeni qəsəbə salınıb, nəticədə bu kateqoriyadan olan 320 min vətəndaşın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.
Səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların hələ də icra olunmadığı haqqında məlumat verilib.
Yaponiyalı diplomata təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər törətdiyi təxribat və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı barədə məlumat verilib. Təəssüflə bildirilib ki, işğalçıların cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutması nəticəsində mülki əhali, o cümlədən məcburi köçkünlər arasında həlak olanlar və yaralananlar vardır.
Dövlət Komitəsinin sədri Yaponiya tərəfindən müxtəlif illərdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkür edib.
Cuniçi Vada səmimi qəbula görə minnətdarlığını bildirib. Öz ölkəsinin dünyada sülhə böyük önəm verdiyini vurğulayan səfir, bununla yanaşı, işğalın aradan qaldırılması uğrunda Azərbaycanın göstərdiyi şücaəti bəyəndiyini və dəstəklədiyini, münaqişənin həllinin region üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Yaponiya tərəfindən ölkəmizdə məcburi köçkünlərə dəstək məqsədi ilə layihələr icra edilir.
Əməkdaşlığın bundan sonra da genişləndirilərək davam edəcəyinə əminlik ifadə olunub.
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO











