Yaralı halda xəstəxanadan qaçıb döyüşlərdə qəhrəmanlıq göstərən "Pələng" - VİDEO

Vətən müharibəsində böyük şücaət göstərmiş qəhrəmanlardan biri də Sahib Musayev olub. O, yaralı halda xəstəxanadan qaçaraq yenidən döyüşlərə qatılıb.
Qaxın Şotavar kəndindən olan 36 yaşlı şəhid Sahib Musayevin məktəb vaxtlarından hərbiyə böyük həvəsi olub.
Sahib sonradan Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlayıb.
O, Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlayanda isə ailəsi ilə sağollaşaraq döyüşlərə yollanıb. Döyüşlərin birində ayağından yaralanan Sahib Musayev 2 gün sonra xəstəxanadan qaçaraq yoldaşlarının yanına gedib.
"Pələng" ləqəbli Sahib Musayev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı halda düşmən tankına hücum edib və qəhrəmancasına şəhid olub.
İki övlad atası olan Sahib Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və 3 medalla təltif edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












