Yarıtmaz iş və ondan asılı düşmüş insanlar - FOTO

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində ictimai nəqliyyatda avtobusun rolu tamamilə azdır. Həm ekoloji, həm də daha rahat hərəkət imkanlarının olmamasından həmin nəqliyyat növü tam sıxışdırılıb. Onun yerini tramvay, elektrik qatarı tutub. Bakıda isə bütün ictimai nəqliyyatın əsas fəaliyyəti avtobusun üzərində qurulub və insanlar onlardan asılı vəziyyətə düşüblər. Əgər belə olmasaydı, hər gün ölkənin saytlarını avtobus problemi haqda xəbərlər “bəzəməzdi”.
Avtosfer.az xəbər verir ki, avtobus asılılığının hökm sürdüyü yerlərdən biri də Bakının Binə və Sovxoz qəsəbələridir. Sakinlər milli.az-a yazırlar ki, Binə qəsəbəsində neçə illərdir avtobus problemi davam edir. Təxminən 200 minə yaxın əhalisi olan Sovxoz və Binə qəsəbəsindən metronun “Koroğlu” stansiyasına cəmi 1 xətt işləyir. Həmin xətt üzrə işləyən 160 nömrəli marşrut Sovxozdan start götürüb Binədən keçir. Binədə isə bu marşruta ümumiyyətlə minmək mümkün deyil. Qəsəbə sakinləri 1 manata metroya kimi gedən sürücülərin ümidinə qalıblar, yoxsa şəhərə heç cür çıxış mümkün olmazdı.
“2-3 il bundan qabaq metronun "Qara Qarayev" və "Neftçilər" stansiyalarına işləyən marşrut açılmışdı, ancaq çox geçmədi, 160 nömrəli marşrutun sahibi İradə Əliyeva həmin marşrutu bağlatdırdı. Bu cür vəziyyətin olması həqiqətən yolverilməzdir”, - deyə şikayətçilər məktubda vurğulayırlar.
“Bakısərnişinnəqliyyat” Departamentindən verilən məlumata görə, həmin istiqamətdə sərnişindaşımanın yaxşılaşdırılması yönündə işlər aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA

















