Yas mərasimindən gələnlər ağır qəzaya düşdü: 3 ölü, 2 yaralı

Gecə saatlarında Qaradağ rayonu Müşviq qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində Müşfiq qəsəbəsinin Çaylı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini Fəxrəddin Babayev "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yol kənarında dayanan "Schacman" markalı yük avtomobilinə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 52 yaşlı İslam Rəhimov və 48 yaşlı Əziz Mitalov hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişinlər, 28 yaşlı Ruslan Məmmədov və 52 yaşlı Zərnişan Babayeva ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol polisinin əməkdaşları baxış keçiriblər. Baş verən qəzaya səbəb olan "Mercedes" cərimə meydançasına aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya düşən ailə İsmayıllı rayonunda yaşayan qohumlarının yas mərasimindən gəlirmiş. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













