Yasamal sakinlərinin də yol həsrəti bitəcək - RƏSMİ AÇIQLAMA

Ötən gün musavat.com-da "Sakinlər bərbad yollardan şikayətlənirlər" başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə söhbət Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsindən gedirdi. Həmin küçədəki yolun ürəkaçan vəziyyətdə olmadığından sakinlər şikayətlənirdilər.
Avtosfer.az xəbər verir ki, məqalədə qaldırılan məsələ ilə bağlı "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli açıqlama verib. O, milli.az-a bildirib: "Sizin 16 avqust 2015-ci il tarixində "Sakinlər bərbad yollardan şikayətlənirlər" başlıqlı məqalənizə cavab olaraq bildirmək istəyirik ki, Bakı şəhəri üzrə vacib təmirə ehtiyacı olan küçələrin siyahısı tərtib edilib. Bu siyahıya ilkin olaraq 175 küçə salınıb. Yazıda qeyd olunan Yasamal rayonu Əsəd Əhmədov küçəsi də həmin siyahıdadır".
A.Nəcəfli Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən siyahı üzrə bir neçə ünvanda təmir-tikinti işlərinə start verildiyini də xatırladıb. Onun sözlərinə görə, Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil və Xətai rayonu Nəcəfqulu Rəfiyev küçələrində aparılan təmir işləri yaxın günlərdə yekunlaşır.
"Bundan başqa, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış daha bir küçə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində isə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Siyahıda olan küçələrin təmiri növbəli şəkildə davam etdiriləcək", - qurum rəsmisi vurğulayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












