Sakinləri narahat edən sürücülər cərimələndi - DYP ərazini təmizləyib - VİDEO-FOTO

Yasamal rayon sakinlərinin Avtosfer.az-a müraciətinə yol polisi dərhal reaksiya verib. Belə ki, bu gün sakinlər saytımıza müraciət edərək bildirmişdilər ki, Mətbuat prospektində ("Hayat" klinikasının qarşısında) digər binanın sakinləri avtomobillərini ara küçədə park edərək yolu zəbt edirlər. "Sözügedən küçədə hər istiqamətə bir zolaq var. Ərazidə 6 bina var. Həmin binalardan birinin sakinləri avtomobilləri küçənin sağ zolağında park edərək yolu keçilməz edirlər. Qarşıdan maşın gələn zaman isə biz məcbur olub Mətbuat prospektinə kimi geriyə hərəkət etməli oluruq. Yerdə bütöv xətt və xəttin ortasında konuslar olmasına baxmayaraq sürücülər buna əhəmiyyət vermədən maşını orada saxlayırlar".

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sakinləri narahat edən məsələnin həlli üçün əraziyə yollanıb. Qısa müddətdə orada qanunsuz park edilən avtomobillərin sürücüləri aşkar edilib və onlar cərimələniblər. Ərazi DYP əməkdaşları tərəfindən maşınlardan təmizlənib və nəzarətdə saxlanılır.

Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
















