Yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

Hindistanın Bhivandi şəhərində (Maharaştra ştatı) üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Ölənlər arasında 15 uşağın olduğu bildirilir.
Son iki sutka ərzində dağıntılar altından daha 13 cəsəd çıxarılıb. Regionda iki gündür davam edən leysan yağışları axtarış işlərini çətinləşdirir.
Xatırladaq ki, faciə sentyabrın 21-də səhərə yaxın baş verib. Sakinlər hadisənin ilk saatlarında 20 nəfəri xilas edə biliblər.
Polisin məlumatına görə, bundan əvvəl binanın sahibinə tikilinin bərbad vəziyyətə düşdüyü barədə çoxsaylı xəbərdarlıqlar olunub. Belə ki, 1977-ci ildə tikilmiş binada uzun müddətdən bəri təmir aparılmayıb.
Hökumət həlak olanların ailələrinin hər birinə 500 min rupi məbləğində kompensasiya veriləcəyini elan edib. (Azərtac)
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











