Yaxın günlərdə yeni qadağalar ola bilər - AÇIQLAMA

Məktəblərin bağlanması infeksiyanın yayılmasının qarşısının alınması yollarından biridir. Əsas məqsəd odur ki, insanlar bir-biri ilə az təmasda olsunlar.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, koronavirusun yeni ştammına artıq uşaqlar da yoluxur: “Uşaqlar daşıyıcı olmaqla evdəki insanları da yoluxdura bilirlər. Uşaqlar məktəblərdə uzun müddət bir-biriləri ilə təmasda olurlar və çox zaman da qaydalara əməl etməkdə onlara nəzarət etmək çətin olur. Bu mənada, məktəblərin distant tədrisə keçidi virusun yayılmasının qarşısını almaq üçün atılan addımlardan biridir.
Təbii ki, Operativ Qərargah hər şeyin monitorinqini aparır və yaxın günlərdə virusa yoluxmalarda artım davam etsə, başqa məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurəti də ortaya çıxacaq.
Bir daha vətəndaşlarımızı tam məsuliyyətli olmağa, karatin qaydalarına ciddi əməl etməyə çağırıram. Eyni zamanda, vaksinasiyanın aktivləşdirilməsinə ehtiyac var və insanlar da bu prosesdə aktivlik göstərməlidir”. (Trend)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












