Yeddi ayda Astara yük terminalından 220 min 358 ton tranzit yükü nəql edilib

“Şimal-Cənub” və “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizləri vasitəsilə tranzit rejimində Azərbaycan ərazisi ilə nəql edilən yüklərin həcmi Astara yük terminalında 7 ayı ərzində 220 min 358 ton yük və ya 3799 vaqon təşkil edib. Bu da ötən ilin göstəricisindən daha çoxdur. 2019-cu ilin eyni dövründə müvafiq olaraq 160 min 537 ton yük və 2406 vaqon təşkil edib.
“ADY Express” MMC-dən bildirilib ki, hesabat dövründə Astara (İran) yük terminalında ümumən 5348 vaqonda 275 min 283 ton yük aşırılıb. Bunlardan 2114 vaqonda 132 min 736 ton yük Astaraya nəql edilib. Astaradan isə 3234 vaqonda 142 min 547 ton yük daşınıb. Astara terminalında yüklərin ortalama gündəlik daşınması 1529 ton və ya 30 vaqon təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 12,3 faiz çoxdur. Əsas yük növlərini taxta və taxta məmulatları, dənli bitkilər, meyvə-tərəvəz, tikinti materialları və sair təşkil edib.
2020-ci ilin yanvar-iyul aylarında Astara (İran) yük terminalından keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox yük daşınıb. 2019-cu ilin eyni dövrü ərzində Astara (İran) yük terminalından 3124 vaqonda 194 min 265 ton yük keçib.
“Şimal-Cənub” marşrutu ilə yük daşımalarının həcminə görə lider olan ölkələr isə Rusiya və İran olub.
Onu da qeyd edək ki, iyunun əvvəlindən, Gürcüstan dəmir yolları İrandan Gürcüstan istiqamətinə daşınan yüklərin qəbuluna birtərəfli qaydada qadağa qoyduğundan, “Cənub-Qərb” dəhlizi ilə yükdaşımalar faktiki olaraq dayandırılıb. Bu marşrutla orta hesabla ayda 10 min tona yaxın yük daşınırdı və bu yüklər hazırda nəql edilmir. Əks halda Astara terminalında aşırılan yüklərin ümumi həcmi daha da artıq ola bilərdi.
Xatırladırıq ki, Astara yük terminalında yüklərin aşırılması üzrə operator “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dir.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












