Yeni avtomobillə qeydiyyatdan keçib, sifarişə köhnə ilə GƏLƏNLƏR – EKSPERT

Bir neçə gün öncə "Bellfast Baku" MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən 20 000 manat məbləğində cərimələnib. Belə ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələbini pozduğuna görə AYNA tərəfindən müvafiq protokol tərtib edilib.
Maraqlıdır, şirkət hansı inzibati xətaya görə cəzalandırlıb? Digər taksi xidməti şirkətlərinin də cəzalandırılacağı gözlənilirmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bütün taksi şirkətləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:
""Maxim" taksi sifarişi operatoru da həmçinin... Bu şirkətin sürücüsü barədə real vaxt rejimində “AYNA”-nın informasiya sisteminə məlumat ötürülməyib. Ona görə də cərimələnib. İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, belə xətalara görə 20 min manatdan 40 min manata qədər cərimə nəzərdə tutulur”.
Ekspertin fikrincə, “Maxim"in cəzalanması digər şirkətlərə də bir mesaj olmalıdır:
“Çünki bu şirkətlər çox zaman özlərini toxunulmaz hesab edirlər. Amma bu, belə deyil. Hər kəs üzərinə düşən öhdəliyə əməl etməlidir”.
Elməddin Muradlı onu da bildirib ki, son dövrlər sürücülər təzə avtomobillə qeydiyyatdan keçirlər, amma sifariş zamanı məlum olur ki, gələn köhnə “Prius”dur. Yaxud sürücü tibbi müayinədən keçməyib:
""Maxim" məhz bu səbəbdən cərimələnib. Təzə avtomobil qeydiyyatdan keçsə də, reysə köhnə maşın çıxıb və bu, bir neçə dəfə təkrar olunub. Bununla bağlı “Bolt”a, “Uber” və ”Yango”ya, elə “Maxsim”ə də xəbərdarlıq olunub. Onlara irad bildirilib ki, bu məsələyə nəzarət etməlisiz.
Müştərilərin mesajlarına baxıb təyin edin ki, şirkətin sürücüsü hansı maşınla xidmət göstərir. Çünki şirkət çox zaman bəhanə gətirirdi ki, avtomobil sürücüləri elektron qaydada qeydiyyatdan keçdikləri üçün onlara nəzarət edə bilmirik.
AYNA da onlara arqumentlə cavab verdi. Bildirdi ki, şirkətlərin müştəri məmnuniyyətini ölçmək üçün sistemi var. Bu sistem əsasında müştərilərə xidmətin keyfiyyətini müəyyənləşdirə bilərlər. Şirkətlər müştəri narazılıqlarına göz yummamalı, belə sürücülərlə əməkdaşlığı dayandırmalıdır. Əks halda digərlərini də “Maxim”in aqibəti gözləyir”.
(bizim.media)
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










