Yeni dəmir yolu layihəsi - Orta Dəhlizə daha bir çıxış

Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu marşrutunun yaradılması layihəsi Orta Dəhliz çərçivəsində Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya çıxışı təmin edə bilər.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu" çərçivəsində Qırğızıstan Dəmir Yollarının baş direktoru Azamat Sakiyev jurnalistlərə açıqlamasında bildirib. "Bugünkü qlobal tendensiya göstərir ki, nəqliyyat dəhlizlərini inkişaf etdirmək lazımdır. Bu, əsas qiymət siyasətinin, ümumiyyətlə, malların maya dəyərinin logistikadan asılı olması ilə bağlıdır", - deyə Azamat Sakiyev qeyd edib.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Yeni dəmir yolu xəttinin gözlənilən illik ötürmə qabiliyyəti 15 milyon ton yük və ya daha çox olacaq. Layihənin unikallığı ondan ibarətdir ki, o, ən qısa müddətdə Çindən Avropaya çıxışı təmin edə bilir. Bundan əlavə, layihənin çevik tarif siyasətini təmin edəcəyi ehtimal edilir. "Biz digər marşrutlarla müqayisədə sərfəli və rəqabətədavamlı mexanizm üzərində işləyirik", - Azamat Sakiyev vurğulayıb.
O əlavə edib ki, layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Layihənin ümumi büdcəsi 4,7 milyard dollar təşkil edir (büdcə layihədə iştirak edən hər üç ölkə tərəfindən razılaşdırılıb - red.). Yeni dəmir yolu marşrutu ilə müxtəlif növ yüklərin - həm konteyner, həm də quru yüklərin daşınması planlaşdırılır. Marşrut boyu sərnişindaşımanın təşkili də nəzərdə keçirilir. "Məlum olduğu kimi, hazırda Çindən Azərbaycana böyük yükdaşıma axını var. Buna uyğun olaraq biz də Çindən Azərbaycana yüklərin daşınması üçün çox yaxşı şərait təklif edə bilərik", - deyə Azamat Sakiyev yekunlaşdırıb.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











