Yeni körpü keçidləri inşa edilib

Şəmkirdə kəndləri birləşdirən yeni körpü keçidləri inşa edilib. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Mehrili kəndində sakinləri uzun illərdir narahat edən körpü problemi həll edilir. Şəmkir çayının iki hissəyə böldüyü yaşayış məntəqəsində yeni keçidlər inşa edilib. Ucqar dağ kəndinin sakinləri, həmçinin indi çəkilməkdə olan qaz xəttinin tezliklə istismara verilməsini gözləyir. Şəmkir rayonunun Mehrili kəndi özündə Çaylı, Qaraqocalı və Molla Hümbətli yaşayış məntəqələrini birləşdirir. Bu kəndləri bir neçə hissəyə bölən isə Şəmkir çayıdır. Yaşayış məntəqəsinin yerli özünü idarəetmə orqanları və xidmət təşkilatları çayın sol sahilində, fərdi evləri isə sağ tərəfində yerləşir. İstər isti yay günlərində, istərsə də soyuq qış aylarında yerli sakinlər çayın bir hissəsindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Buna səbəb körpü keçidlərinin qəzalı vəziyyətdə olması idi. Nəhayət, bu il Şəmkir çayının Mehrili kəndi ərazisindən keçən hissəsində bir neçə yeni keçidlər inşa edilib.
Kənddə əvvəllər də körpü keçidləri olub. Ancaq həmin keçidlərin yaşı 100-ü ötdüyündən istifadə üçün yararsız idi. Görülən işlər çərçivəsində bu keçidlər də yenilənib.
Mehrili, Qaraqocalı və Çaylı kəndlərini birləşdirən bu körpü vaxtilə almanlar tərəfindən salınıb. Ancaq körpü uzun müddətdir təmir olunmadığından sakinlər bu keçiddən istifadə edə bilmirdilər. Bu gün körpü əsaslı təmirdən sonra 3 kəndin əhalisinin ixtiyarındadır.
İlin sonunadək Mehrili kəndində ilk dəfə olaraq mavi yanacağın verilməsi də planlaşdırılır.
Qeyd edək ki, Mehrili kəndinin ümumilikdə 2425 nəfər əhalisi var. Yerli əhalinin əsas məşğuliyyəti isə əkinçilik və maldarlıqdır.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










