Reklam

Yeni park-terminallarda qiymətlər 50 qəpikdən başlayır

Gündəm 14 May 2014 17:47 Oxunub 1833
Yeni park-terminallarda qiymətlər 50 qəpikdən başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüqar Bayramov: “Hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur”

Paytaxtın bir neçə yerində yeni park-terminallarının quraşdırılmasına başlanılıb. Bakı Şəhər İcra hakimiyyətinə məxsus park-terminallar hələlik şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılıb. Quraşdırılan park-terminalların öz əhatə dairəsi var. Həmin əhatə darisindən kənara çıxılsa evakuator gəlib maşını aparacaq. Bundan başqa, 4 saatdan artıq maşın saxlamaq olmaz. Saxladığınız maşın 4 saatı keçibsə yol polisi sizə yaxınlaşıb cərimə yaza, maşınınızı evakuator vasitəsi ilə ərazidən uzaqlaşdıra bilər. Ona görə də, sürücü park-terminala yaxınlaşarkən nə qədər müddətdə saxlayacağını əvvəlcədən müəyyən etməlidir. Pul əvvəlcədən ödənməlidir. 1 saatın pulunu ödəyib, 2 saat maşın saxlamısınızsa, əlavə saata görə pul ödədikdən sonra maşınını götürmək mümkündür. Sürücülər pulu ödədikdən sonra terminaldan çıxan çeki özləri ilə aparmalıdırlar. Çek maşının ön hissəsində görülə biləcək bir yerə qoyulmalıdır. Çünki yol polisi maşına yaxınlaşarkən həmin çeki görməsə cərimə yaza bilər.

Bəzi park-terminalın tariflərinə gəldikdə, 30 dəq üçün 50 qəpik, 1 saat üçün 1 manat və sairdir.

Bu qiymətləri əksər vətəndaşların gəlirlərinə uyğun olmadığını deyən iqtisadçı ekspert Vüqar Bayramov “Üç nöqtə”yə dedi ki, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehityac var: “Əvvəlla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hal-hazırdakı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu vətəndaşların daha güzəştli şərtlər ilə bu xidmətədən faydalanmasına imkan verəcək”.

Məlumat üçün qeyd edək ki, Gül bayramında Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə bildirib ki, artıq park-terminallardan 7-si quraşdırılıb: “İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq. Heydər Əliyev Sarayının yanında xüsusi “park-manat” quraşdırılıb. Orada artıq qanunsuz avtomobil saxlamaq mümkün olmayacaq. Bu qurğular günəş enerjisi ilə işləyəcək. Artıq elektrik enerjisinə ehtiyac qalmayacaq. Yerləşdirilən “park-manat”lardan sürücülər 1 saatı 1 manatdan nəğd və ya eyni məbləği SMS vasitəsi ilə ödəyə bilərlər”.

Bakı meri deyib ki, sürücülər park-manatdan istifadə etmədiklərinə görə cərimələndikləri məbləği 1 saat ərzində ödəməzlərsə, onda cərimə iki qat artacaq: “”Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq”.

H.Abutalıbov deyir ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək. Bununla bağlı xüsusi sərəncam da imzalayacaq. Yığılan pullar isə dövlət büdcəsinə ödənəcək.

Xatırladaq ki, prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirə zamanı Bakıda yeraltı parkinqlərin tikilməsini tıxac probleminin həlli üçün böyük dəstək olduğunu vurğulamışdı. Ölkə başçısı Bakıda küçə və prospketlərdə əli dəyənəkli qanunsuz parkinqlə məşğul olanları sərt tənqid etmişdi.

 

Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh