Yeni təmir olunmuş eskalator niyə xarab olur? - RƏSMİ AÇIQLAMA

Avtosfer.az xəbər verir ki, bu gün metronun “Elmlər Akademiyası” stansiyasındakı eskalatorlardan biri saat 08:20 radələrində yenidən dayanıb. Sözügedən stansiyada eyni eskalatorun dayanması halı artıq adiləşib. Bunun səbəbini öyrənmək üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev aznews.az-a açıqlamasında eskalatorun dayanmasının müxtəlif səbəblərinin olduğunu deyib. Onun sözlərinə görə, səhər saatlarında insanların çox olması səbəbindən eskalator həddən artıq yüklənir. Yüklənmə də eskalatorun rezininin çıxması ilə nəticələnir. “Yüklənməyə görə rezin çıxır və eskalatorun hərəkəti dayanır. Bu, elə də ciddi problem deyil. Belə hallarla qarşılaşanda bir neçə dəqiqə ərzində problemi aradan qaldırırıq. Bundan əlavə, insanlar eskalatorla düzgün rəftar etmirlər. Eskalatorda “təcili dayanma” düyməsi var. Elə olur ki, kimsə həmin düyməni sıxır və eskalatorun hərəkətinə maneçilik törədir. Ümumiyyətlə isə, çalışırıq ki, yeni avadanlıqlar almaqla belə problemlərin yaranmasının qarşısını alaq”.
Qeyd edək ki, “Elmlər Akademiyası” metro stansiyasında hər dəfə xarab olaraq sərnişinləri təşvişə salan eskalator ötən il təmir olunub və sərnişinlərin istifadəsinə verilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












