Yeni VARİANT; qəza törədən sürücü yol polisini aldatmaq istədi

Sumqayıtda polisi aldatmaq istəyərək, törətdiyi qəzanın məsuliyyətindən xilas olmaq istəyən şəxs saxlanılıb. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən mayın 22-də Tural Məmmədova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumatları araşdırıb. Araşdırmalar zamanı məlum olub ki, həmin avtomobil İnşaatçılar qəsəbəsinin ərazisində hərəkətdə olarkən Asim Həsənovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra həmin avtomobil hadisə yerində qalıb. Aparılmış araşdırmalar zamanı T.Məmmədovun polisi aldatdığı məlum olub. Belə ki, o, qəza törətdikdən sonra, avtomobili həmin ərazidə atıb və qaçıb. Sonradan o, avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












