Yenilik; 4 zolaqlı yol çəkilir - FOTO

Gündəm 22 İyul 2014 13:06 Oxunub 1516
Yenilik; 4 zolaqlı yol çəkilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir

Qala-Pirallahı avtomobil yolu yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6, 14,7 km-i isə 4 hərkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yolqovşağı, 1 yeraltı piyada keçidi nəzərdə tutulub. “Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib. Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir. Yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.

Qeyd edək ki, yol Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tikilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh