Yerə asteroid yaxınlaşır
Gündəm
5 Avqust 2020 09:27

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) məlumatına görə 84-190 metr diametrli “2009 PQ1” asteroidi Yerə yaxınlaşır. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu ölçüdə olan asteroidlər (diametri 100 metrdən çox) Yerə potensial təhlükə olaraq qiymətləndirilir.
Qeyd edək ki, “2009 PQ1” adlı asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.
Asteroid avqustun 5-də axşam saat 20:35-də saniyədə 13,4 kilometr sürətlə Yerə ən yaxın məsafədən - 3,2 milyon kilometr yaxınlıqdan keçəcək ki, bu da Yerlə Ay arasındakı məsafədən 7 dəfə çoxdur.
Növbəti dəfə bu səma cismi Yerə 2137 ci ildə yaxınlaşacaq.
Namiq Musayev
Oxunub : 818
DİGƏR XƏBƏRLƏR
3 Sentyabr 2026 18:11
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
3 Sentyabr 2026 18:04
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
3 Sentyabr 2026 17:46
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
3 Sentyabr 2026 16:16
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
3 Sentyabr 2026 14:48
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
3 Sentyabr 2026 11:00
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
2 Sentyabr 2026 20:00
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
2 Sentyabr 2026 19:24
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
2 Sentyabr 2026 16:16
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
2 Sentyabr 2026 11:30
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
2 Sentyabr 2026 11:00
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
2 Sentyabr 2026 09:30
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
ŞƏRH YAZ










