Yerevanda qadın körpəni doğub zibil çəninə atdı

Yerevanda qadın körpəni doğaraq onu polietilen torbaya büküb zibil çəninə atıb.
Avtosfer.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, körpəni doğan qadın saxlanılıb.
Məlumata görə, hadisə iyulun 29-da baş verib. Yerevanın Kanaker-Zeytun inzibati rayonundakı xəstəxanaya qanaxma ilə 31 yaşlı qadın gətirilib. Məlum olub ki, qadın iş yerində uşağı doğub və polietilen torbaya bükərək zibil çəninə atıb.
Son zamanlar Ermənistanda yeni doğulan körpələrin atılması hallarına dair tez-tez məlumatlar yayılır. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında 7 578 körpə dünyaya gəlib. Bu, 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 374 körpə azdır. 2018-ci ildə isə 7 952 körpə doğulub. “Manuk” İnformasiya Mərkəzinin məlumatına əsasən, 2019-cu ildə valideynləri imtina edən körpələrin sayı 34, 2018-ci ildə isə bu göstərici 33 nəfər olub.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












