Yerli istehsalın inkişafı ölkədəki qiymətlərin enməsinə səbəb ola bilər? – Ekspertdən AÇIQLAMA

Yerli istehsalın genişləndirilməsi tez-tez ölkədəki məhsulların qiymətlərində dəyişikliklərə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması son dövrlər tez-tez müzakirə olunan iqtisadi məsələlərdən biridir. Bəs yerli istehsalın genişlənməsi qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?
İqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, qiymətlərin daha ədalətli formalaşmasında əsas amil məhsul bolluğu və sağlam rəqabət mühitidir:

''Bunun yerli istehsal və ya idxal məhsulu olmasından asılılığı yoxdur. Bazarda məhsul çeşidi və rəqabət nə qədər çox olarsa, qiymətlər də bir o qədər real bazar şərtlərinə uyğun formalaşar. Yerli istehsalın artması avtomatik olaraq qiymətlərin ucuzlaşacağı anlamına gəlmir. Bəzi məhsulların ölkə daxilində istehsal olunmamasının səbəbi onların idxalının daha sərfəli və ucuz başa gəlməsidir''
Ekspert qeyd edib ki, bəzi məhsulları xaricdən almaq yerli istehsal etməkdən daha az xərc tələb edir. Əsas məqsəd idxalı məhdudlaşdırmaq deyil, bazarda rəqabəti gücləndirmək və məhsul bolluğunu təmin etmək olmalıdır. Bu halda süni və ya inhisarçı qiymətlər deyil, real bazar qiymətləri formalaşır.
“Yerli məhsulların rəqabət qabiliyyətinin artırılması üçün kompleks islahatlara ehtiyac var. Buraya azad sahibkarlığın inkişafı, liberal iqtisadi mühitin yaradılması, kapitalın sərbəst hərəkəti, mülkiyyət hüquqlarının etibarlı qorunması, ədalətli məhkəmə sistemi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və inzibati maneələrin aradan qaldırılması daxildir. Dövlət tərəfindən ixrac logistika xərclərinin dəstəklənməsi ilə bağlı qəbul edilən qərarlar da yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərə bilər. Qeyri-neft sektorunun inkişafı və məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi bir-biri ilə sıx bağlı məsələlərdir. İdxalın süni şəkildə azaldılması isə düzgün yanaşma deyil. Çünki bundan ən çox zərər çəkən istehlakçılar olur. Bazarda məhsul bolluğu və seçim imkanlarının geniş olması həm iqtisadiyyat, həm də vətəndaşlar üçün daha əlverişli nəticələr yaradır”.
Fatimə Dadaşova
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












