Yerli şirkətlər beynəlxalq avtomobil yük daşımalarının yarısını təmin edir - Sübhan Abilov

Ötən il Azərbaycan üzərindən həyata keçirilən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həcmi 350 min vahidə çatıb və bunun demək olar ki, yarısı - 49 %-i yerli daşıyıcıların payına düşüb.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəisi Sübhan Abilov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
O qeyd edib ki, AYNA beynəlxalq daşımalar çərçivəsində bazarın ehtiyaclarından çıxış edərək, digər ölkələrlə ikitərəfli əsasda icazə blanklarının mübadiləsini həyata keçirir. İcazələr milli şirkətlərin maraqları və sorğuları nəzərə alınmaqla verilir.
S.Abilovun sözlərinə görə, avtomobil daşımaları sahəsində genişmiqyaslı islahatlar 2021-ci ildə başlayıb və xüsusilə beynəlxalq daşımalar seqmentində nəzərəçarpan nəticələr əldə edilib.
"Əgər 2021-ci ildə beynəlxalq daşımalarda 107 şirkət iştirak edirdisə, 2024-cü ildə onların sayı 2 000-i keçib. Müvafiq olaraq, avtomobil parkı da genişlənib. Bu göstərici 2021-ci ildəki 3 400 vahiddən 2024-cü ildə 13 790 vahidə çatıb - demək olar ki, dörd dəfə artıb", - o bildirib.
S.Abilov vurğulayıb ki, bazarın böyüməsi fonunda qanunauyğun sual yaranır: "Milli daşıyıcıların payı nə qədərdir? 2021-ci ildə onlar daşımaların 39 %-ni - ümumi 247 min həcmdən təxminən 95 mini - təmin ediblər. 2024-cü ildə həcm 350 minə çatıb və artıq 49 %-i yerli şirkətlərin payına düşüb".
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












