Yol canavarı 19 nəfərin canını aldı

İyunun 5-dən 12-dək Azərbaycanın avtomobil yollarında 37 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az saytı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. DİN-in məlumatına görə, qəzalar nəticəsində 19 nəfər ölüb, 65 nəfər yaralanıb.
Həftənin ən ağır qəzası Naxçıvanda baş verib. İyunun 11-də Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol qəzası nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ölənlərdən biri Hüseynova Güllü İftixar qızının cəmi 8 yaşı varmış.
«Yola qəzalarının statistikasında azyaşılıların ölüm və qəzatörətmə hallları çoxalıb". Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib ki, respublika üzrə yol qəzalarının 337-si toqquşma nəticəsində baş verib. Bu, yol-nəqliyyat hadisələrinin 33,8%-ni təşkil edib. Nəticədə 135 nəfər ölüb, 462 nəfər yaralanıb: "Azyaşlıların ölümü ilə nəticələnən hadisələrdə 16 yaşa qədər olan 33 uşaq və yeniyetmə dünyasını dəyişib, 68 nəfər isə yaralanıb. Ölənlərdən 15, yaralananlardan 43 nəfəri piyada qismindədir".
Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin ilin 5 ayı ərzində Azərbaycanda avtobusların iştirakı ilə 34 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Yük avtomobillərinin iştirakı ilə isə 56 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 22 nəfər ölüb, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son ilin statistikasına əsasən, yol-nəqliyyat hadisələrində ən aşağı ölüm göstəricisi olan dövlət Maldiv olub. Əhalinin hər 100 min nəfərinə cəmi 2 ölüm. Avtosfer.az zəbər verir ki, bunun səbəbi çox sadədir. Hind okeanına səpələnmiş xırda adalardan ibarət olan bu ölkədə əsas yerdəyişmə vasitəsi su nəqliyyatıdır (gəmilər, katerlər, qayıqlar və s.). Azərbaycanda isə yol qəzalarında ölüm faizi 100 qəzada 30-35-dir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












