Yol çəkənlərin fırıldağı üzə çıxdı; görülməyən işə görə ödəniş olub

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, noyabrın 14-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinin on ikinci abzasının və Prezidentin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Qeyd edilmiş nəzarət tədbirləri üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınmışdır.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, həmçinin digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramı təsdiq edilib.
Emin
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Bakıda taksilər qiyməti kəskin qaldırdı
Paytaxt yollarında son vəziyyət açıqlandı - FOTOLAR
Sabah hava necə olacaq? - AÇIQLANDI
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ










