Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və maarifləndirmə önəmlidir - DİN rəsmisi

Son illərdə yol-nəqliyyat hadisələrinin ciddi şəkildə azaldığını görürük. Bunu yerlərdə aparılan maarifləndirmə işinin nəticəsi kimi qiymətləndirmək olar. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin şöbə rəisi Anar Qafarov “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib. Şöbə rəisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və maarifləndirmə işinin önəmini vurğulayıb. "Vətəndaş məmnunluğunu təmin etmək bu gün daxili işlər orqanlarının hər bir əməkdaşının qarşısında qoyulan əsas tapşırıqlardan biridir. Bu sahədə təbii ki, yol patrul xidməti əməkdaşlarının da xidmətini xüsusi vurğulamaq lazımdır.
Bu gün yol hərəkəti təhlükəsizliyində bizi narahat edən əsas məsələlərdən biri də ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Bu məqsədlə polis əməkdaşları tərəfindən nəzarət və profilaktik tədbirlər davam etdirilir. Polis əməkdaşlarının mütəmadi olaraq apardıqları profilaktik tədbirlər zamanı sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
Bir statistik məlumatı nəzərə çatdırmaq istəyirəm ki, bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verdi, 4 nəfər həyatını itirdi, 16 nəfər xəsarət aldı. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb. İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Burada polisin başlıca vəzifəsi hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorumaq və yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaqdır. Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq", - deyə o diqqətə çatdırıb.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA











