Yol polisi «07»ni arxaya sürən avtoşun axtarışına başladı - VİDEO

Dünən sosial şəbəkələrdə Bakı küçələrində daha bir əcaib avtoxuliqanlıq faktının videosu barədə məlumat vermişdik. Avtosfer.az saytı bildirir ki, gəlin kortejini müşayiət edən VAZ-2107 markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü “peşəkarlığ nümayiş etdirərək” yol boyu maşını arxaya sürüb. Sürücünün hərəkətlərindən onun peşəkar olduğu hiss olunur. Amma bu əməllər birmənalı olaraq avtoxuliqanlıqdır. Çünki sürücü dəfələrlə qəza şəraiti yaradır, sürət həddini aşır, başqa maşınların yoluna çıxaraq onları hərəkət istiqamətini dəyişib yoldan çıxmağa məcbur edir. Hər halda, toy günü bu cür əməllər normal qəbul edilə bilməz. Bu sürücünü toyu yasa döndərmək niyyətli biri kimi də qəbul etmək olar. Təcrübə göstərir ki, son vaxtlar toy kortejlərində qəzalar tez-tez baş verir ki, sonu bədbəxt nəticələrə gətirib çıxarır.
Avtosfer.az saytı məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarənin bölməsi rəisi Vaqif Əsədov bildirib ki, DYP sözügedən avtomobillə bağlı araşdırmalara başlayıb: «Sürücü aşkar olunaraq barəsində müvafiq tədbir görüləcək».
Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən istifadə edib. Videodan izlədiyiniz hadisə isə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Videonu bir daha təqdim edirik.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












