Yol polisi avtobus sürücülərinə qarşı sərt tədbirlərə başladı

Bu gün Bakıda qayda pozan avtobus sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, Bakı şəhər DYPİ-nin şöbə və bölmələrinin, habelə, paytaxtın rayon DYP şöbələrinin əməkdaşlarından ibarət geniştərkibli qrup paytaxtın əsas küçə və prospektlərində reyd keçirərək qayda pozan avtobus sürücülərinə qarşı müvafiq tədbirlər görüblər: «Son vaxtlar Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tezt-tez pozulması, onların iştirakı ilə törədilən qəzalar və bu qəzaların ağırlıq dərəcəsinin artması ciddi narahatlıq doğurur. Avtobus sürücüləri arasında nizam-intizamın möhkəmləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə yaradılmış qrup paytaxtın küçə və yollarında ictimai nəqliyyat vasitələrinin marşrutunu izləyir və törədilən qayda pozuntularını aşkar edərək ona uyğun tədbirlər görür. Təkcə bu gün ərzində avtobusu yolların hərəkət hissəsində, ikinci cərgədə, dayanacaqdan kənarda saxlayan 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Svetaforun qırmızı işığında hərəkət edən 4 avtobus sürücüsü də cəzalandırılıb. Bundan başqa, sürücülük vəsiqəsi və digər sənədləri qaydasında olmayan 60-a yaxın avtobus sürücüsü barəsində də inzibati qaydada tədbir görülüb. Bu tədbirlər avtobus sürücüləri arasında nizam-intizam qaydasına düşənə qədər davam etdiriləcək».
Vaqif Əsədov onu da bildirib ki, keçirilən tədbirlər metronun «Neftçilər», «Koroğlu», «İnşaatçılar», «Əhmədli», «Xalqlar dotsluğu», «Qara Qarayev» və digər stansiyalarının ətrafını əhatə edib. Ümumilikdə isə reyd zamanı aşkar olunan qayda pozuntuları Neftçilər, Heydər Əliyev, İnşaatçılar, Parlament prospektlərində, eləcə də Məhəmməd Hadi, Qara Qarayev küçələrindəki avtobus dayanacaqlarında qeydə alınıb.
DYP rəsmisi ictimai nəqliyyatda qayda-qanunun yaradılması üçün ictimaiyyətin köməyinə də ehtiyac olduğunu bildirib: «Biz müşahidə apardıq və görürük ki, avtobus sürücüləri bəzən özlərindən asılı olmadan, sanki avtobusu yolun hərəkət hissəsində saxlamağa, ikinci zolaqda dayanmağa, dayanacaqdan kənarda saxlamağa adət ediblər. Elə sərnişinlər də öyrəşiblər ki, harada gəldi avtobusa minib-düşsünlər. Təsəvvür edin ki, biz «Nizami» metrostansiyasının qarşısındakı avtobus dayanacağını taksilərdən və digər maşınlardan təmizləyib təhvil verdik ki, avtobuslar rahat işləyə bilsinlər. Amma sonradan baxırıq ki, avtobus sürücüləri adət ediblər, yenə də avtobusu kənarda saxlayırlar. Sərnişinlər də adət ediblər ki, yolun hərəkət hissəsinə çıxsınlar, orada avtobusa minib-düşsünlər. »
Elməddin
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI






















