Yol polisi Azərbaycana səs salan bu avtomobili axtarır - YENI FOTOLAR - VIDEO

Bir neçə gün əvvəl 90 MP 090 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobilin Mərdəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat yayılıb. Avtosfer.az-ın verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı maraqlı məlumatlar üzə çıxıb. Məlum olub ki, həmin nömrəli avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə “avtoş”luq edir. Youtube sosial şəbəkəsində aparılan axtarışlar zamanı isə daha maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, 90 MP 090 dövlət nömrə nişanı bəzən eyni vaxtda, bəzən isə ayrı-ayrı vaxtlarda müxtəlif modeldən olan avtomobillərin üzərində olub. Həmin markalar arasında “İnfiniti”, “Porcshe”, “Mersedes” və s. də var.
Bu avtomobillərin hər biri ilə ayrı-ayrı vaxtlarda videolar çəkdirən nömrənin sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bu işə hobbi kimi yanaşan sürücü “ardı var” yazaraq, sanki serial çəkir. Aaeroport yolunda avtomobili 220 km/saat sürətlə idarə edən sürücü bunu da sosial şəbəkələrdə yayıb. Bundan başqa, sürücü həmin avtomobili sərt döngədə təhlükəli manevrlər edərək “qəhrəmanlıq” nümayiş etdirib.
Bildirlir ki, 90 MP 090 dövlət nömrə nişanı Dövlət Yol Polisinin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində mövcud deyil. DYP avtomobillərinin birindəki bort-komputer vasitəsilə həmin nömrə yoxlanılıb və ekranda “bu nömrə mövcud deyil” yazılıb. Belə olduğu halda, bu o deməkdir ki, bu nömrə ya saxtadır, ya da DYP-nin sistemində gizlədilib.
Baş Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyev qafqazinfo-ya bildirib ki, nəqliyyat vasitəsi haqqında informasiyanın digər şəxsə verilməsi mümkün deyil: “Başqa şəxsin özəl əmlakı barədə məlumat verə bilmərik. Həmin avtomobilin qayda pozuntusu, avtoxuliqanlıq hərəkəti ilə bağlı kimdə məlumatlar varsa, quruma təqdim edə bilər. Yazıda qeyd polunub ki, nömrə sistemdə mövcud deyil. Bu məsələdə konkret fakt yoxdur. Kimsə sosial şəbəkədən şəkil çəkdirib yerləşdirib. Həmin şəkillə biz neynəyəcəyik? Göstərilən videoda da sürücünün düz yolda, qumluqda avtomobili necə idarə etməsi çəkilib. Amma qumluq ərazidə yol polisi xidmət aparmır. Bu avtomobilin kimə məxsus olduğunu bilmirlər? Bütün hallarda DYP-nin müvafiq şöbəsi bu avtomobil barəsində araşdırmalara başlayıb. Nəticəsi barədə məlumat veriləcək”.
Maraqlıdır, Kamran Əliyev bu videoya axıra kimi baxıbmı görəsən? Aeroport yolunda 240-la sürən, Mərdəkanda döngəyə sərt şəkildə girib qəza şəraiti yaradan, təmir olunan yolda «İnfiniti» ilə «avtoş»luq edən kimdir bəs? Necə olur, şöbə rəisi ancaq qumluqdakı kadrlara baxır?
Elməddin
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ


















