Yol polisi Bakıdakı sürücülərə müraciət edib

Yol polisi Azərbaycan paytaxtındakı təhsil müəssisələrinin yanında iş aparır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, “Bilik Günü” ilə əlaqədar paytaxt ərazisində nəqliyyat vasitələrinin intensiv hərəkəti ilə əlaqədar BŞDYPİ-nin yol patrul xidmətinin əməkdaşları paytaxt ərazisində gücləndirilmiş iş rejimində çalışır və hazırda paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti tam normallaşıb: “Bu gün səhər saatlarından saat 11:30-a qədər paytaxt ərazisində maddi ziyanla nəticələnən 1 yol qəzası baş verib. Respublikada 1 milyon 200 min avtomobil var və bu avtomobillərin 70%-nin paytaxt ərazisinə düşdüyünü nəzərə alsaq, tıxacların olması labüddür”. V.Əsədov sürücülərə müraciətində təhsil müəssisələrinin yanında nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi və parklanmaya xüsusi diqqət göstərməyi tövsiyə edib.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












