Yol polisi «Bentley» və «Comaro»nu cərimə meydançasına apardı - FOTO

Dekabrın 5-dən 6-na keçən gecə Bakıda keçirilən reyd zamanı «Bentley» markalı, 10 CC 505 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, sürücü Bakıxanov küçəsində avtomobillə hərəkətdə olarkən saxlanılsa da, əvvəlcə yol polisinə tabe olmayıb. Sonradan isə açarları və avtomobilin sənədlərini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təqdim edən sürücünün iştirakı ilə avtomobil cərimə meydançasına aparılıb. Həmin sürücünün törətdiyi inzibati xəta ondan ibarətdir ki, avtomobilin dövlət nömrə nişanı standarta uygun deyildi.
Daha sonra isə Heydər Əliyev prospektində sürət həddini aşaraq avtoxuliqanlıq edən sürücü saxlanılıb. «İbadət əhli» olduğunu və gecə saat 12-də ad gününə getdiyini deyən gənc sürücünün idarə etdiyi «Chevrolet Comaro» markalı, 99 HV 051 dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına aparılıb.
Elməddin
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO














