Yol polisi müayinədən imtina edən xanım sürücünü belə cəzalandırıb

Bu gün jam.az saytında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtda keçirdiyi reyd zamanı saxlanılan xanım sürücünün sərxoş kimi yox, başqa yüngül cəza ilə cəzalandırılması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, həmin reyddə saxlanılan Abşeron rayon sakini, 99 BO 760 dövlət nömrə nişanlı “Range Rover” markalı maşının sürücüsü Könül Gülməmməd qızı Vəliyeva barəsində yol hərəkət qaydasını pozmasına dair protokol tərtib olunub. Amma bu xanım sükan arxasında içkili oturduğu üçün saxlanılıb. Protokol tərtib edilərkən isə işin içkili tərəfi qeyd edilməyib.
Avtosfer.az saytının əməkdaşı da həmin reyddə iştirak etdiyi üçün baş verənlərin şahidi olub. Belə ki, həmin xanım sürücünün sərxoş vəziyyətdə olması barədə şübhə yarandığı üçün saxlanılıb və tibbi müayinə mərkəzinə aparılıb. Burada isə xanım sürücü hər kəsin gözü qarşısında müayinədən imtina edib. Daha doğrusu, sürücü müayinədən keçməklə bundan imtina etməyin fərqini soruşduqda Bakı DYPİ-nin hissə rəisi, mayor İlqar İbrahimov ona hüquq və vəzifələrini izah edərək bildirib ki, hər ikisinin cəriməsi, cəzası eynidir. Bundan sonra isə xanım sürücü «müayinədən imtina edirəm» deyərək otağı tərk edib.
Sonradan həmin xanıma başqa adla protokol tərtib olunması barədə yazılanlarla bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu barədə yazılanlar yalandır: «Həmin xanıma sərxoşluq müayinəsindən imtina etməsi barədə protokol yazılıb. Protokolda da qeyd olunub ki, sürücü müayinədən imtina etdi. Bunun da cəzası elə sərxoş sürücünün cəzası ilə eynidir. Həmin xanıma yazılan protokolun nömrəsi 843343-dür».
Sərxoş sürücülərin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namiq Kərimov tərəfindən himayə edilməsi xəbərinə gəlincə isə Vaqif Əsədov bildirdi ki, idarədə bu adda şöbə rəisi yoxdur və bu barədə yazılanlar həqiqəti əks etdirmir.
Elməddin
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO










