Yol polisi sürücüləri xəbərdar edir

Azərbaycanın yol polisi ağır yol qəzaları ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Trend-ə bildirib ki, son günlər çoxsaylı insan ölümü və xəsarətləri ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: "Təhlillər göstərir ki, son vaxtlar baş verən ağır yol qəzalarının baş verməsinə əsasən sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş halda idarə etmələri səbəb olur. Xahiş edirik ki, sürücülər özlərinin və yaxınlarının, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atmasınlar, qaydalara əməl etsinlər".
Şöbə rəisi, həmçinin qeyd edib ki, yay mövsümü ilə əlaqədar Azərbaycanın rayonlarına istirahətə gedənlərin, eləcə də rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır: "Ona görə də bununla əlaqədar avtomobil sürücülərini maksimum diqqətli olmağa, təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməyə, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırırıq".
Qeyd edək ki, son bir neçə gün ərzində respublikanın xüsusən magistral yollarında çoxsaylı insan ölümü və xəsarəti ilə nəticələnən ağır yol qəzaları baş verib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












