Yol polisi xeyli silah-sursat, narkotik tapıb

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə bildiriblər ki, 2014-cü ildə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 3 ədəd avtomat silah ("Kalaşnikov" tipli), 5 ədəd tapança, 5 ədəd tüfəng, 1 ədəd tank əleyhinə raket mərmisi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd pulemyot qaytarıcı mexanizmi, 1 ədəd siqnal fişəngi və 432 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. İl ərzində polisin digər xidmətləri ilə birgə 27 fakt üzrə: 8 kiloqramdan çox (o cümlədən 551,61 qram marixuana, 3 qram heroin, 1 kq 98 qram tiryək, 6 kq 10 qram həşiş qatranı, 703,8 qram heroin, 0,7 qram kafein, 100,38 qram metilamfetamin) narkotik maddə aşkar olunub. Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 13 şəxs və 45 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 491 fakt və 253 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












