Yol polisindən «Əsrin müqaviləsi» ilə bağlı sürücülərə xəbərdarlıq

Bu gündən etibarən Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, bu gün axşam saatlarından başlayaraq "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın küçə və prospektlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur: “Əsas tədbirlər şəhərin daxilində həyata keçiriləcək. Belə ki, paytaxtın Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Mərdəkan-Zuğulba şosesi, eləcə də digər küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək”.
Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, tədbirin yüksək səviyyədə keçməsi üçün Bakı şəhərinin yollarında şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.
Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.
Nurlan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












