Yol polisindən «Son zəng» xəbərdarlığı

“Son zəng” günü yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. V.Əsədov qeyd edib ki, paytaxt məktəblərində keçiriləcək “Son zəng” tədbirlərində yol hərəkətinin təhlükəsiz və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün Bakı Şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək. V.Əsədov həmçinin bildirib ki, paytaxt ərazisində yerləşən bütün məktəblərin və digər təhsil ocaqlarının yerləşdiyi küçələrdə, onlara bitişik yollarda nəzarət gücləndiriləcək. Onun sözlərinə görə, ötən il keçirilən “Son zəng” tədbirində 17 məktəbli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmə faktı aşkar edilib. Şöbə rəisi nəqliyyat vasitələrinin sürücülərinə müraciətində bildirib ki, tədbir keçirilən məktəblərin yanında sıxlığın və tıxacın yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə etmələri xahiş edilir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












