Yol polisindən sürücülərə 150 manatlıq cərimə xəbərdarlığı

«Nəqliyyat vasitələrinin arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadənin son müddəti noyabrın 15-nə qədərdir. Noyabrın 16-dən etibarən avtomobili pərdə ilə idarə edən sürücülər dövlət yol polisi tərəfindən məsuliyyətə cəlb ediləcək». Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, «Yol hərəkəti haqqında» qanuna edilən 1 saylı əlavənin tələbnə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələri standarta uyğun olmalıdır: «Yəni, şəffaflığı korlayan, görüntünü məhdudlaşdıran, kustar üsulla hazırlanmış pərdələrə və plyonkaya görə sürücülər məsuliyyət daşıyırlar. Bu əmələ görə sürücünü 150 manat cərimə gözləyir».
Vaqif Əsədov bildirib ki, noyabrın 16-dan etibarən pərdəli maşınların sürücüləri DYP əməkdaşları tərəfindən aşkar olunduğu halda cərimə olunacaqlar.
Bu zaman avtomobilin cərimə meydançasına aparılıb-aparılmamasına da aydınlıq gətirən bölmə rəisi bildirdi ki, əgər inzibati xəta sürücünün razılığı ilə yerində aradan qaldırılırsa, sürücüyə protokol tərtib olunur və sərbəst buraxılır. Amma əgər, xətanın yerində aradan qaldırılması mümkün deyilsə, İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə əsasən, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır və DYP-nin cərimə meydançasına aparılır. Burada xəta aradan qaldırıldıqdan sonra avtomobili oradan çıxarmaq olar.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2003-cü ildə qəbul etdiyi qaydalara 2013-cü ildə edilmiş dəyişikliyə görə, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda hava şəraiti nəzərə alaraq nəqliyyat vasitələrində arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanmış galüz-pərdələrin vurulmasına icazə verilir. Əks halda, 150 manat cərimə nəzərdə tutulur.
Elməddin
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










