Yol polisindən sürücülərə hava xəbərdarlığı

Azərbaycan qarlı hava şəraitilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev anspress-ə verdiyi məlumata görə, sürücülər əlverişsiz hava şəraitilə əlaqədər diqqətli olmalıdırlar. Yol polisi hazırda bütün yollara qar yağdığın bildirib. Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. "Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik. Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır", - deyə Kamran Əliyev bildirib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












