Yol polisindən sürücülərə tıxac müraciəti

Bakı yol polisi son günlər paytaxtda yaranan tıxaclara aydınlıq gətirib
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda tıxacların yaranması paytaxtın mərkəzi küçə və prospektlərində aparılan əsaslı təmir işləri ilə bağlıdır. Bu məqsədlə Bakı yol polisi müraciət edib ki, şənbə və bazar günü, o cümlədən Dövlət Bayraq günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq sürücülər maksimum dərəcədə şəxsi avtomobillərindən az istifadə etsinlər: “Bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi surətləndiriləcək. Sürücülərə də bu işlərin surətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












