Yol polisindən təbrik

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Azərbaycanda Milli Mətbuatının yaranmasının 139-cü illiyi münasibətilə jurnalistləri təbrik edib. DYP-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi olaraq hər zaman jurnalistlərlə sıx ünsiyyətdə olmaq, yol hərəkətinə dair təbliğat işinin aparılmasında jurnalistlərdən dəstək almaq onları sevindirir: «Ölkədə ilk mətbu orqanının - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Biz də yol polisi olaraq bütün jurnalistləri, mətbuat nümayəndələrini təbrrik edirik. Onlara işlərində uğurlar, can sağlığı və təhlükəsiz yol arzu edirik. Yol polisi olaraq düşünürük ki, mətbuat olmadan yol hərəkətinə dair təbliğat işlərini aparmaq mümkün deyil. Odur ki, bu bayram günündə jurnalistləri təbrik etməklə yanaşı, onları yol hərəkəti sahəsində maarifləndirmə işlərində yol polisinə dəstək verməyə çağırırıq. Bayramınız mübarək, qələminiz iti olsun. Gəlin, cəmiyyətimizin inkişafı, yollarımızda hərəkətin təhlükəsizliyi və sürücü-piyada mədəniyyətinin yüksəldilməsi naminə təbliğat işlərini birgə həyata keçirək».
Elməddin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












