Yol polisindən valideynlərə xəbərdarlıq

Noyabrın 18-dən orta məktəblərdə tətil başa çatır. Məlum olduğu kimi, dərs ili başlayan kimi paytaxt Bakının da tıxac problemi yaranır. Xüsusən də orta məktəblərin yerləşdiyi ərazilərdə sıxlıq müşahidə olunur. Bu da bəzi səhlənkar valideynlərin uşaqları məktəbə gətirib-apararkən avtomobili harada və necə gəldi saxlaması ilə bağlıdır. Əksər valideynlər çalışır ki, maşını düz məktəbin qapısının ağzında saxlasınlar. Bu isə 2-3 zolaqlı yolun tam bağlanması ilə nəticələnir. Bütün bunları nəzərə alan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məktəb mövsümünün başlaması ilə əlaqədar valideynlərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, küçə və yolların kəsişməsində, yola yaxın ərazilərdə yerləşən məktəblərin qarşısında vəziyyət daha çətin olur ki, bu da valideynlərin günahı ucbatından baş verir: «Hər avtomobil məktəbin qarşısında, yolun hərəkət hissəsində bir neçə saniyə dayanırsa, bu, ən azı 60 avtomobilin 10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, maşını olan valideynlər məktəbələ maşınsız gələn valideyn və şagirdlər haqqında da düşünməlidir. Hər həs «Yol hərəkəti haqqında» qanunun tələblərinə uyğun nizam-intizam göstərməlidir».
Vaqif Əsədovun fikrincə, son bir həftə ərzində məktəblərin tətilə çıxması ilə əlaqədər Bakıda sıxlığın azalması müşahidə olunub: «Bu da onu göstərir ki, yollarımızda tıxacın, sıxlığın yaranması özümüzdən asılıdır. Gəlin, çalışaq məsuliyyəti başqasının üzərinə atmadan qaydalara əməl edək. Şüur səviyyəsi və sürücü mədəniyyəti varsa, yollarımızda heç bir problem olmayacaq. Hər şey özümüzdən asılıdır».
Vaqif Əsədov onu da əlavə edib ki, DYP əməkdaşları məsuliyyətsiz valideynlərin yol hərəkəti qaydalarını pozması hallarını aşkar etdikdə dərhal tədbir görür: «Avtomobil ya evakuasiya edilir, ya da dayanma-durma qaydalarını pozduğuna görə yerində cərimə olunur. Amma bizim elə bir imkanımız yoxdur ki, hər məktəbin qarşısına bir yol polisi əməkdaşı qoyaq. Gərək valideynllər özləri hər heyi başa düşüb qaydalara əməl etsinlər».
Elməddin
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










