Yol polisinə qarşı daha bir KOBUDLUQ: vurub qaçdılar

Gəncədə yol polisi əməkdaşı xidmət apararkən sürücü tərəfindən avtomobillə vurulub. Avtosfer.az xəbər verir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, 1985-ci il təvəllüdlü Vüsal Bayramov raportla Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, xidməti avtomobili ilə Müseyib Bağırov və Vaqif küçələrinin kəsişməsində xidmətdə olarkən adı sonradan məlum olan şəhər sakini, 1990-cı il təvəllüdlü Turqut Xəlilovun “Mersedes E 200” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğunu görüb və avtomobili saxlamaq istəyib. Sürücü T.Xəlilov ona tabe olmayaraq yol polisi əməkdaşını təhqir edib, qəsdən avtomobili onun üzərinə sürərək sağ və sol diz nahiyəsindən xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












