Yol polisinə rüşvət təklif etdiyinə görə cəzalandırdılar

Rusiyanın İvanovka vilayətində müvəqqəti qeydiyyatda olan azərbaycanlı polisə rüşvət təklif edib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, "Qazel" sürücüsü, 58 yaşlı Azərbaycan vətəndaşı Voronejdən Lipetskə gedərkən magistral yolda qaydanı pozub. Bunu görən yol polisi isə onu dərhal saxlayıb və azərbaycanlıdan sənədlərini təqdim etməyi tələb ediblər. Usmansk rayonu ərazisində qarşı hərəkət zolağına çıxdığına görə, polis sürücüyə cərimə yazmaq istəyib. Qayda pozuntusuna görə sürücü 5 min rubl cərimələnməli idi. Bu cəriməni ödəmək istəməyən sürücü isə polisə başqa bir təklif verib. Azərbaycanlı bu qayda pozuntusuna görə üzrxahlıq edib və polisə 500 rubl rüşvət təklif edib. Yol polisi isə sürücüyə iki protokol tərtib edib. Polis əməkdaşına rüşvət vermək cəhdinə və qayda pozuntusuna görə sürücü cərimə edilib. Daha sonra həmin şəxs barəsində cinayət işi açılıb. Məhkəmə isə azərbaycanlı sürücüyə 15 min rubl (35 manat) cərimə kəsib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












