Yol polisini vurub qaçan «Porsche» sürücüsü həbs olundu -VİDEO

Bakının mərkəzində “Porsche” markalı avtomobillə yol polisinə qarşı kobudluq edən sürücü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, dekabrın 4-də, axşam saatlarında Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində üzü Azneft dairəsi istiqamətində hərəkət məhdudlaşdırılıb. Bu zaman “Porsche” markalı avtomobil həmin istiqamətdə hərəkət etmək istəyərkən Bakı şəhər DYPİ-nin əməkdaşı onun qarşısını kəsib və istiqaməti dəyişdirməyi tələb edib. Lakin sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək maşını onun üstünə sürüb və hərəkəti davam etdirib. Azneft dairəsində saxlanılacağını bilən sürücü Şövkət Məmmədova küçəsinə girərək yolun əksinə hərəkət etməklə 6 nömrəli məktəbin qarşısında Bəhram Gurun heykəlinin yanına çıxıb və hərəkəti davam etdirərək yayına bilib.
Lakin bu gün polisin keçirdiyi axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylı saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib.
Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb «Kristal Holl»da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi.
Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa özəl şirkətdə çalışır.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












