Yol polisinin nömrə oyunu - FOTOLAR

Gündəm 18 Sentyabr 2014 08:05 Oxunub 5791
Yol polisinin nömrə oyunu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş dövlət rüsumunu ödəməklə «555» nömrəsini istəyir, DYP- isə «500» nömrəsi yoxdur» deyir

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakini Turqay Rəqail oğlu Qiyaslı idarə etdiyi avtomobilə «555» dövlət nömrə nişanı almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. 21.07.2014-cü il tarixdə edilən müraicətdə vətəndaş Turqay Qiyaslı Baş DYPİ-nin rəisi Ramiz Zeynalovdan xahiş edir ki, ona «555» seriyasından olan, müvafiq hərflərin kombinasiyasından ibarət və satışda olan bütün dövlət nömrə nişanlı barədə rəsmi məlumat verilsin. T.Qiyaslı daha sonra qeyd edir ki, «Dövlət rüsumu haqqında» qanuna edilmiş son dəyişikliklərə əsaslanaraq, «555» nömrəsi üçün 500 manat ödəməyə hazırdır. Sonda isə vətəndaş Baş Dövlət Yol Polisi İdarəsindən həmin məbləğin nə vaxt ödənilməsi və idarəyə nə vaxt yaxınlaşmalı olması barədə məlumat verilməsini xahiş edib. Lakin üstündən 38 gün keçməsinə baxmayaraq, Turqay Qiyaslıya rəsmi cavab verilmədiyi üçün o, Baş Dövlət Yol Polisi İdarəsindən daxili işlər naziri Ramil Usubova şikayət edib. Şikayət məktubunda vətəndaş nazirdən xahiş edib ki, onun haqqının tapdanılmasına imkan verməsin. 

Turqay Qiyaslı Avtosfer.az saytına bildirib ki, onun şikayətindən sonra sentyabrın 11-də Baş Dövlət Yol Polisi İdarəsindən 22 iyul 2014-cü tarixli cavab məktubu alıb. Məktubu BDYPİ-nin rəis müavini Ramiz Hüseynov imzalayığ. Vətəndaşa göndərilən cavab məktubunda yanlışlığa yol verilib. Belə ki, vətəndaş «555» dövlət nömrə nişanı istədiyi halda, rəis müavininin yazdığı cavabda «500» nömrəsindən bəhs olunur. Görünür, rəis müavini nömrə ilə nömrənin qiymətini səhv salıb. Ramiz Hüseynovun imzaladığı cavab məktubunda yazılır:

«Avtomobilinizə «500» rəqəmlərindən ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığınız ərizəyə baxılmışdır.

Bildiririk ki, hazırda sərfiyyatda arzu etdiyiniz «500» rəqəmlərindən ibarət dövlət qeydiyyat nişanları mövcud deyildir. Sərfiyyatda olan hərf və rəqəmlərin kombinasiyasına görə digər dövlət qeydiyyat nişanları barədə məlumat almaq və müvafiq qaydada istədiyinih avtomobilinizə təhkim edilməsi məsələsinə baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin dövlət avtomobil müfəttişi, polis polkovnik-leytenantı Azər Bədirova müraciət etməyiniz tövsiyyə olunur».

Avtosfer.az saytı xatırladır ki, qeyd olunan məsələ barədə "Yol hərəkəti haqqında" Qanunun 29-cu maddəsinin 2-1-ci hissəsi belə deyilir: «Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

Daha sonra həmin Qanunun 27-ci maddəsinin 6-1-ci hissəsi belə deyir: IV-I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması.

Yeri gəlmişkən, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə qiymətlər aşağıdakı kimidir. 

001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrə nişanları seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası müxtəlif hərflərdən ibarət olduqda isə 2500 manat, 

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrə nişanları seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000 manat, seriyası eyni hərflərdən ibarət olduqda isə 1500,

seriyası müxtəlif hərflərdən ibarət olduqda 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələri 500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə həmin nömrələr 1000 manata satılır. 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

zohrab 10 Noyabr 2014 22:55
qardas ala bilmazssan vermillar nomrani yalandan deyir san istadiyin momra yoxdur canab nazir bilmirmi ki guya vermillar nomrani dovlat risumuna
Orxan 10 Noyabr 2014 22:55
Məqalədə səhflik var deyəsən. Nömrələrin qiyməti barədə abzasdaki birinci cümləyə diqqət yetirin
elvin 10 Noyabr 2014 22:55
bura Azerbaycandi