Yol qəzalarında ölənlərin sayı azalacaq

Ümumdünya Səhiyyə Təşkilatı BMT sistemində yol təhlükəsizliyi üzrə aparıcı agentlikdir. 2021-2030 illəri əhatə edən Yol Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət planı 2030-cu ilədək yol-nəqliyyat qəzalarında ölənlərin və yaralananların ən az 50% qarşısının alınmasını hədəfləyir.
Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı BMT-nin təşəbbüsü ilə 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı ən yüksək siyasi səviyyədə yol təhlükəsizliyini təbliğ edərək qlobal səylərin istiqamətləndirilməsində əsas rol oynayır:
“Bu səylərə profilaktik tədbirlər və travmalar zamanı xidmətlərlə bağlı təcrübələrin, məlumatların toplanması və paylanması; risklər və bu risklərin azaltmaqla bağlı ictimaiyyət ilə məlumat mübadiləsi və artan maliyyə ehtiyacına diqqət çəkmək daxildir.
Bu qəzalarla bağlı əsas risklər sürət həddini aşmaq, spirtli içki və digər psixoaktiv maddələrin təsiri altında avtomobil sürmək, o cümlədən motosiklet dəbilqələri, təhlükəsizlik kəmərləri və uşaqlar üçün avtomobil oturacaqlarının istifadə edilməməsi, diqqətin yayınması (mesaj yazmaq və eyni anda sürmək), təhlükəli yol infrastrukturu və nəqliyyat vasitələri, yol qanunvericiliyinin qeyri-qənaətbəxş icrası və qəzadan sonra yetərsiz qayğı ilə əlaqədardır”.
H.Harmancı avtomobilin sürəti nə qədər aşağı olarsa, piyadaların xəsarət və ölüm riski də bir o qədər az olacağını deyib:
“Statistik məlumatlara əsasən piyadaların 30 km / saat sürətlə hərəkət edən bir nəqliyyat vasitəsi tərəfindən vurulması zamanı sağ qalma ehtimalı 99 %-dir. Bundan əlavə, dəlillər göstərir ki, 30 km / saat sürətli küçələr həyatları xilas etməklə yanaşı, piyada gəzintiyə, velosiped sürməyə və sıfır karbonlu hərəkətə təşviq edir. Bu hədəflər ÜST-nin Azərbaycanda başlamağı planlaşdırdığı “sağlam şəhərlər” təşəbbüsünün məqsədləri ilə üst-üstə düşür.
Sağlam şəhər bu fiziki və sosial mühitləri davamlı olaraq yaradan və təkmilləşdirən, insanların həyatın bütün funksiyalarını yerinə yetirməsinə imkan yaradan bir şəhərdir. Ümumilikdə yol təhlükəsizliyinə vahid şəkildə yanaşma lazımdır. Bu, nəqliyyat, polis, səhiyyə və təhsil kimi bir çox sektorun iştirakını özündə ehtiva edir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












