Yol təmiri işçilərinin polisdən qəribə xahişi

Sükan arxasında telefondan istifadə bütün ölkələrdə aktual problemdir. Dünyanın əksər ölkələrində hərəkət zamanı mobil telefondasn istifadə qadağan edilsə də, buna əməl etməyənlər kifayət qədər çoxdur.
Avtosfer.az xəbər verir ki, bu günlərdə Rusiyada polis orqanları ilə yol inşaatı şirkətlərinin təmsilçilərinin görüşü keçirilib. Görüşdə yol işçilərindən daha təhlükəsiz yollar çəkmək, infrastrukturu təkmilləşdirmək tələb edilib.
Tərəflərin bir-birindən qarşılıqlı istək və tələbləri çox olsa da, biz yalnız birinin üstündə dayanmaq istəyirik. Söhbət artıq telefonla danışmaqdan getmir.
Yol işçiləri yük avtomobilləri sürücülərindən şikayətçidirlər. Onlar bildirirlər ki, uzaq yola sürücüləri yol boyu planşetdə seriala baxırlar və avtomobilə nəzarət belə demək mümkünsə, yaddan çıxır. Bu səbəbdən dəfələrlə qəza baş verib və yol infrastrukturuna böyük həcmdə ziyan dəyib. Yol işçiləri bu məsələyə təhlükəsizlik kameraları ilə xüsusi nəzarət edilməsini istəyirlər.
Görəsən Azərbaycanda da belə sürücülər varmı?
Vüqar
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI












