Yol təmirində boru partlayıb: Ölən var

Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölmüşdür.
Xızı Rayon Prokurorluğundan verilən məlumata görə, fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.
Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilmiş, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












