Yola, suya, işığa həsrət qalan Neftçala kəndləri - VİDEO

Neftçalanın rayon mərkəzindən təxminən 20 km uzaqda yerləşən Mikayıllı, Sarıqamış, Dalğa, Saratski kəndlərinin daxil olduğu Sarıqamış kənd inzibati dairəsi gözdən uzaq, könüldən iraq düşüb. Sakinlər uzun illərdir yol, su, elektrik sarıdan korluq çəkir. Tibb məntəqəsinin olmaması isə başqa bir dərddir. Camaat deyir ki, elektrik dirəkləri elə naqillər kimi köhnəlib sıradan çıxıb. Kəndləri təmin edən elektrik transformatoru isə qəza və təhlükə mənbəyinə çevrilib. Bəs görəsən, yüzlərlə sakinin hər gün üzləşdiyi sosial problemlər nə zaman həllini tapacaq?
Avtosfer.az xəbər verir ki, Baku TV Sarıqamış kənd inzibati dairəsinin problemləri ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, adıçəkilən kəndlərin su təchizatının aparılması ilə bağlı bizim layihə təkliflərimiz var və hökumətə təqdim olunub.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, Neftçalanın Sarıqamış kəndinə gedən avtomobil yolu da daxil olmaqla, rayon üzrə təmirə ehtiyacı olan digər avtomobil yollarının da siyahısı tərtib olunaraq aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrıldıqca təmirə ehtiyacı olan yolların yenidən qurulması növbəli şəkildə həyata keçiriləcək.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











