Yola yağ töküldü; betonqarışdıran maşın qəza törətdi

Ağırtonajlı maşınla minik avtomobili toqquşub. ANS-in məlumatına görə, bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Simnar Məmmədovun idarə etdiyi “KamAz” markalı beton qarışdıran maşınla Samir Ağazadənin sürücüsü olduğu “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” yolun kənarında hərəkətsiz vəziyətdə dayanıb. Ancaq arxadan gələn yük maşını sürət həddini düzgün seçmədiyinə görə, minik avtomobilinə çırpılıb. Sürücülər deyir ki, yola mühərrik yağı dağıldığından sürüşkən olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobili deformasiyaya uğrayıb. Qəzadan dərhal sonra hadisə yerinə yol polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolun sürüşkən olduğunu təsdiqləsə də, qəzaya ilkin səbəb kimi yüksək sürəti göstərdilər. Baş müfəttiş Müşviq Əliyev deyir ki, yola həqiqətən də mühərrik yağı töküldüyündən sözügedən avtomaşınlar idarəetməni tənzimləyə bilmirdi. Faktla bağlı baş dövlət yol polisi idarəsində araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












