Yolda qalmamaq üçün oxuyun - Mərkəzi küçələr bağlanacaq

İyunun 21-də keçiriləcək velosiped yarışları ilə əlaqədar olaraq paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində maşınların hərəkətinə qadağa qoyulacaq. Avtosfer.az-ın məlumatına görə, saat 15:30-dan 21:00-a qədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi təhlükəsizliyin təmin edilməsi məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Sürücülərə isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində, həmçinin metronun “Gənclik”, “Nərimanov” stansiyaları, Fətəli xan Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam etdirmək tövsiyə edilir.
Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi xahiş edir.
Eyni zamanda 6 ekspress avtobus marşrutlarında da müəyyən dəyişikliklər edilib. Ekspres avtobuslar oyunlar keçirilən müddətdə 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Sərnişinlərə Azneft dairəsinə yaxın olan İçərişəhər metro stansiyasından istifadə etmələri tövsiyyə olunur.
Qeyd edək ki, məhdudiyyət paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə Əliyeva, Rəsul Rza, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər meydanı, İçərişəhər, Kiçik Qala, İstiqlaliyyət, Şeyx Şamil, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov küçələri, Neftçilər, Parlament, İnşaatçılar prospektlərinə şamil edilir.
Emin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












