Yollar buz bağlayacaq - HAVA XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb. Avtosfer.az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.
Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı gözlənilir.
Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir. Hava şəraiti ilə bağlı dəqiqləşmiş məlumatlar ətraflı şəkildə ictimaiyyətə təqdim olunacaq
Baş Dövlət Yol Polisi İdarəsi də (BDYPİ) havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edib. BDYPİ-dən Avtolent.az-a bildirilib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olması xahiş olunur. Sürücülərə xüsusilə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi, və s. lazımi avadanlıqların olmasını təmin etməyi, ara məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə edilir.
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO










